15:28
(077) 610-22-33

“Qurbanlar olmasın“ - VİDEO

  • >
1 112 5 Avqust 2014 17:41 | Siyasət

Həftə sonu Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidenti ilə planlaşdırılan görüşünə Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də münasibət bildirib.

ANS TV-nin məlumatına görə, o, prezidentlər arasında görüşün keçirilməsini vacib sayıb.

Vladimir Jirinovski deyir ki, mənə elə gəlir ki, İlham Əliyev çox ağıllı adamdır: "Onun barəsində çox yaxşı təsəvvürlər var. Respublika böyük uğurlar əldə edib. İndi Azərbaycanda mövcud nailiyyətləri pozmağa heç kim imkan verməz. Onlar 3-ü oturub danışacaqlar, bizim prezident, Azərbaycan prezidenti və Ermənistan prezidenti. Amma başqa xarici qüvvələr var. Onlar bizə mane ola, başqa ssenarilər tətbiq etməyə çalışa bilərlər. Onları rus dili birləşdirir. Onlar tərcüməçisiz oturub danışa bilərlər. İlham Əliyev rus dilində gözəl danışır, dünyanın ən yaxşı ali məktəbi MQİMO-da oxuyub, atası Heydər Əliyev, mən şəxsən onu tanıyırdım, hamının ona hörməti var idi, o, böyük azərbaycanlı idi. Onun oğlu da onun işini davam etdirir. İlham Əliyev qanlı müharibəyə yol verməyəcək. Əsas şərt odur ki, qurbanlar olmasın və hamı danışıqlar masası arxasında otursun".



AzNews.az
Bağla X