“Avropa Şurası baş katibinin vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər, niyə səsini çıxarmır?” “Erməni lobbisinin himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər” “Avropa Şurası baş katibinin vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər, niyə səsini çıxarmır?” “Erməni lobbisinin himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər”

Prezident İlham Əliyev sərt bəyanatlar səsləndirdi

“Avropa Şurası baş katibinin vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər, niyə səsini çıxarmır?” “Erməni lobbisinin himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər”


"Ramil Səfərovun Vətənə qaytarılması ilə bağlı əvvəllər ümumiyyətlə, mən hesab etmirdim ki, biz nə isə deməli idik. Çünki əsas məsələ onu Vətənə qaytarmaq idi. NATO-nun baş katibi bir neçə gün bundan əvvəl Bakıda idi və mətbuat konfransında mən məsələnin hüquqi tərəfinə toxundum. Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir. Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Mən orada bir sözü də dedim: Əsas məsələ ondadır ki, Azərbaycan öz zabitini Vətənə qaytardı". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı R. Səfərovun qaytarılması və əfv edilməsindən sonra Azərbaycana qarşı təzyiq və ittihamların başladığını bildirib: "Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib. Amma görün, Avropa Şurasının baş katibi nə deyib? Bu adam ki, bunun vəzifəsi humanizmi təcəssüm etdirməkdir, bunun vəzifəsi insan hüquqlarının qorunmasıdır. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm.

Həmin o adamın vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır? Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır.

Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı. İki səbəbə görə. Birinci səbəb, Amerika səfiri qondarma "erməni soyqırımı"nı tanımır. O, heç tanımamalıdır. Çünki Amerika dövləti bunu tanımır. İkinci səbəb ondan ibarət idi ki, bu səfirin xanımı türk mənşəlidir. Axı bu, rasizmdir, bu, islamofobiyadır. Yenə də deyirəm, biz bunları bilməliyik. Amma onu demək istəyirəm ki, bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcək".

AzNews.az