Erməni nazirdən kəlbəcərli girovlarla bağlı axmaq - AÇIQLAMA

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir müddət əvvəl işğal altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində girov götürülən soydaşlarımızla bağlı açıqlama verib.

AzNews.az-ın məlumatına görə, bu gün keçirdiyi brifinqdə bu məsələyə toxunan işğalçı ölkənin naziri deyib ki, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaq Quliyevin təxribatçı olduğundan, onlara əsir kimi yanaşıla bilməz.

S. Ohanyan azərbaycanlı girovların həmin əraziyə informasiya toplamaq üçün gəldiklərini də iddia edib.

O deyib ki, D. Əsgərov və Ş. Quliyev müvafiq qanunlara əsasən cəzalandırılacaq.

Xatırladaq ki, doğma yurdunu, valideyinlərinin məzarını görmək üçün Kəlbəcərə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni silahlıları tərəfindən girov götürülüb. Hadisə zamanı Həsən Həsənovun öldürüldüyü məlum olub.

Hazırda beynəlxalq humanitar təşkilatlar adıçəkilən şəxslərin geri qaytarılmasına çalışırlar.

Qeyd edək ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və bununla bağlı adıçəkilən ölkənin prezidenti Vladimir Putinə bu şəxsin ailə üzvləri tərəfindən müraciət də edilib.









Məhəmməd
AzNews.az