Ermənilər Qarabağın təbii sərvətlərinin talandığını etiraf etdi

AzNews.az regnum.ru saytına istinadən xəbər verir ki, qondarma "DQR" hakimiyyətinə qarşı müxalifətdə olan qüvvələr birləşərək "Konstitusiyalı Qarabağ Hərəkatı"nın təşəbbüs qrupunu yaradıblar. Təşəbbüs qrupuna "prezidentliyə" keçmiş namizəd V.Balasanyan da daxil olub. Təşəbbüs qrupu bəyanatla çıxış edərək hazırkı hakimiyyəti ciddi tənqid edib.

Bəyanat müəllifləri bildiriblər ki, insanların seçım azadlığı, sərbəst toplaşmaq hüququ pozulur, dövlət əmlakı mənimsənilir, korrupsiya genişlənir, təbii sərvətlər talanır. Müxalıflər Qarabağdan sərmayə və insan axınının olduğunu bildirərərk bunu düzgün olmayan siyasətin nəticəsi adlandırıblar: "Bütün bunlar cəmiyyətin inamsızlığına, beynəlxalq imicə, milli təhlükəsizliyə və müdafiə qabiliyyətinə böyük ziyan vurur".

E.Əlosmanqızı
AzNews.az