22:20
(077) 610-22-33

“Düşmən qat-qat artıq itki verdi və geri oturduldu” - Əli Məsimli

  • >
2 621 6 Avqust 2014 15:07 | Siyasət

Millət vəkili Əli Məsimli son günlər cəbhə xəttində baş verənlərə münasibətini açıqlayıb.

AzNews.az xəbər verir ki, o, sosal şəbəkədəki profilində Ermənistanın başladığı döyüşlərdə qat-qat artıq itki verərək, geri çəkildiyini qeyd edib: "Cəbhə xəttindəki son qanlı olaylarla bağlı üzüntülü məqamlar, şəhid acısı yaşadıq. Amma şəhidlərimizin cəbhə dostları, silahdaşları onların qanını yerdə qoymadı, düşmən qat-qat artıq itki verməklə geri oturduldu. Bu olaylar göstərdi ki, bu gün Azərbaycan ordusunun hər bir əsgəri və zabiti Hərbi Anda, əli silah tuta biləcək hər kəs, könüllülər, müharibə veteranları, gənclər isə bizi birləşdirən vətən sevgisinə sadiq qalaraq, Qarabağın azad edilməsi uğurunda ölüm-dirim mübarizəsi əzmində olduqlarını bildirərək tohpaqlarımızı işğalçılardan azad etməyə, respublikamızın ərazi bütövlüyünün bərpasına hazırdır. Əks zərbələrlə düşməni sarsıdan ordumuz sübut etdi ki, içimizdə Qarabağ sevgisindən qaynaqlanan, Qarabağ həsrətindən sızildayan bir fırtına qaynayır və biz Qarabağı azad edə biləcəyik".

Deputat qeyd edib ki, bunun üçün güclü ordumuz, güclü iradə və ordunun arxasınca gedəcək böyük və həssas xalq, bizi birləşdirən milli və vətənpərvərlik dəyərləri var.

İntiqam Valehoğlu
AzNews.az

Bağla X