“İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir”

Bakıda səfərdə olan rabitə və informasiya texnologiyaları naziri şəhidlərlə bağlı İran hökuməti adından Azərbaycana başsağlığı verib

Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi cəbhə bölgəsində həlak olan şəhidlərimizlə bağlı İran hökuməti adından Azərbaycana başsağlığı verib.

APA-nın məlumatına görə, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasında çıxış edən M. Vaezi bəyan edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir.

İran rəsmisi qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasını və həmin bölgələrin də Azərbaycanın digər şəhər və rayonları kimi yüksək səviyyədə inkişafını arzuladığını bildirib.

Nazir Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına ümidvar olduğunu da vurğulayıb.

AzNews.az