02:44
(077) 610-22-33

Həmsədrlər Soçi görüşündə iştirak etməyəcək

  • >
1 115 7 Avqust 2014 09:33 | Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrləri Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putinin və Serj Sarqsyanın görüşündə iştirak etməyəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "armenpress" xəbər yayıb.

ABŞ-ın Ermənistandakı səfirliyindən bəyan ediblər ki, Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andre (Fransa) prezidentlərin görüşündə iştirak etməyi planlaşdırmırlar.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü Soçidə avqustun 8-9-da keçiriləcək.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də, bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.

AzNews.az
Bağla X