18:52
(077) 610-22-33

Bahar Muradova: “Azərbaycan ATƏT ilə əməkdaşlığa böyük önəm verir“

  • >
317 11 Sentyabr 2012 13:44 | Siyasət

Azərbaycan bütün demokratik təşkilatlar, o cümlədən ATƏT ilə əməkdaşlığa böyük önəm verir. Bunu Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin səfirlərindən ibarət nümayəndə heyətinin parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşündə çıxışı zamanı deyib. Muradova deyib ki, bu gün Azərbaycanla ATƏT arasında olan münasibətlər bütün sahələrdə inkişaf edir.

Sonra Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçiləri çıxışlarında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bölüşüblər.

Onlar bu problemin həlli ilə birbaşa məşğul olan ATƏT-in məsələyə ikili standartlardan yanaşmasından narahat olduqlarını bildiriblər. Siyasi partiya təmsilçiləri bildiriblər ki, Azərbaycan torpaqlarını 20 ildir işğal altında saxlayan Ermənistanın hələ də təcavüzkar adlandırılmaması təəssüf doğurur.

AzNews.az
Bağla X