17:33
(077) 610-22-33

“Ermənilər ağır texnikanın yerdəyişməsini həyata keçirir“ - Müdafiə Nazirliyi

  • >
2 733 10 Avqust 2014 12:17 | Siyasət

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi əməkdaşlarının nəzarəti altında Ermənistan-Azərbaycan dövlət sərhəddi yaxınlığındakı erməni yaşayış məntəqələrində hümanitar tədbirlərin görülməsi zamanı atəşkəsin pozulmayacağı barədə zəmanət verilməsi ilə əlaqədar Azərbaycan tərəfinə xahişlə müraciət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan beynəlxalq hüquq normalarına və hümanitar qaydalara riayət etmək şərtilə bu işlərin görülməsi məqsədilə BQXK-nin əməkdaşlarına şərait yaradılmasını anlayışla qarşılayır.

Lakin, Ermənistan tərəfi BQXK-nin Ermənistandakı nümayəndəliyi əməkdaşlarının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış şəraitdən sui-istifadə etməyə cəhd göstərir.

Belə ki, BQXK-nın təşəbbüsü ilə növbəti dəfə Ermənistan ərazisində humanitar xarakterli fəaliyyətlərin yerinə yetirilməsi zamanı erməni tərəfi traktor və digər mülki texniki vasitələrdən istifadə etməklə zirehli döyüş texnikasının yerdəyişməsini həyata keçirərək Ermənistanın Movses yaşayış məntəqəsi yaxınlığında əlverişli mövqe əldə etməyə cəhd göstərib. Bundan sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli və Ağdam yaşayış məntəqələrini intensiv atəş altında saxlayır. Nəticədə iyulun 25-də ermənilərin atəşkəsi pozması səbəbindən Tovuz rayonunun Əlibəyli kəndinin iki dinc sakini yaralanıb və onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Bu hadisələrlə bağlı BQXK dərhal rəsmi surətdə məlumatlandırılıb.
Bağla X