Rusiya dövlət başçısının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən dərhal sonra erməni rəhbər Serj Sarkisyan danışıqlara xələl gətirən addım atıb. Rusiya dövlət başçısının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən dərhal sonra erməni rəhbər Serj Sarkisyan danışıqlara xələl gətirən addım atıb.

Sarkisyan vəhşi olduğunu sübut etdi - Hədə

Rusiya dövlət başçısının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən dərhal sonra erməni rəhbər Serj Sarkisyan danışıqlara xələl gətirən addım atıb.

AzNews.az-ın məlumatına görə, ötən gün Soçidə keçirilən görüşdən sonra İrəvana dönən Sarkisyan "Armnyus" tv-yə müsahibə verib. O, müsahibəsində Azərbaycanı və dolayısı ilə bölgəni hədələyib: "Ermənistan 300 km məsafədə hədəfi məhv edə bilən ballistik raketlərə malikdir". Sariksyan daha sonra işğalçı və varvar olduqlarını sübut edən fikir də söyləyib: "Bizim raketlərimiz istənilən yaşayış məntəqəsini Ağdam şəhərinin vəziyyətinə sala biləcək gücdədir".

İşğalçı ölkənin başçısı Azərbaycanın hərbi imkanlarını da inkar edə bilməyib: "Azərbaycan prezidenti imkanlarımız haqda məlumatlı olduğumuzu dedi. Bu çox doğrudur. Biz bir-birimizi yaxşı tanıyırıq. Əlbəttə, deyə bilərəm ki, müharibə başlayarasa Azərbaycan Silahlı Qüvvələri Naxçıvan istiqamətindən İrəvana güc tətbiq edə bilərlər. Lakin bu cavabsız qalmayacaq".

Məhəmməd
AzNews.az