04:08
(077) 610-22-33

Əli Kərimli və Cəmil Həsənli Müsavatın tədbirinə niyə qatılmadı ?

  • >
1 588 11 Avqust 2014 16:03 | Siyasət

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli həbs olunan vəkil İntiqam Əliyevin hüquqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirdə iştirak etməyiblər.

AzNews.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu tərəfindən tədbirə dəvət olunsalar da hər iki sədr tədbirə qatılmayıblar.

AXCP və Milli Şuradan da qurum sədrlərinin tədbirə dəvət olunduğu təsdiqlənib.

Lakin o da bildirilib ki, C. Həsənli və Ə. Kərimli tədbirin təşkilatçıları arasında Müsavat Partiyasının olduğunu əsas gətirərək, toplantıya qatılmaqdan imtina ediblər.

Qeyd edək ki, tədbir KXCP-nın qərargahında baş tutub.

Bahar Rüstəmli
AzNews.az
Bağla X