02:46
(077) 610-22-33

Əvəz Temirxan İntiqam Əliyevə görə müxalifəti ittiham etdi

  • >
1 346 12 Avqust 2014 10:18 | Siyasət

“Vətəndaşların və müxalifətin hüquqlarının müdafiəsini həsr edən İntiqam Əliyevin haqlarının müdafiəsi lazımı səviyyədə aparılmır. Bunun başilica səbəbi partiyalar arasında münasibətlərin nomal olmamasıdır”.


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.

O bildirib ki, 3 il əvvəl Qarabağ məsələsində və insan hüquqlarının müdafiəsində müxalifət partiyalarının səylərinin birləşdirməsinə çağırışa da səhlənkarlıqla yanaşılıb.

Ə. Temirxanın sözlərinə görə, müxalifətin belə fəaliyyətinin zərbəsi, sonda İntiqam Əliyev kimi ömrünü Azərbaycan müxlifətinin hüquqları yolunda sipər edən şəxslərə dəyib: "Partiyamız təklifi qəbul edərək, toplantıda iştirak edib. Amma orada vəziyyəti görəndə, inana bilmədim. Sən demə heç də hamı İntiqam Əliyevin müdafiəsinə həsr olunan tədbirdə iştirak etmək niyyətində olmayıb. Mən heç kimi, yəni orada iştirak etmək istəməyənləri ittiham etmirəm. Sadəcə birmənalı olaraq bildirirəm ki, müxalifət partiyaları İntiqam Əliyevin hüquq müdafiəsi ilə məşğul olmağa məcburdurlar".

Xatırladaq ki, Klasik Xalq Cəbhəsi Partiyası vəkil İntiqam Əliyevin müdafiəsi ilə bağlı tədbir keçirib. Həmin tədbirə Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dəvət edilsə də, qatılmayıblar.

Bahar Rüstəmli
AzNews.az
Bağla X