20:37
(077) 610-22-33

Milli Şuranın Cəmil Həsənlidən xəbəri yoxdur- Açıqlama

  • >
2 080 12 Avqust 2014 12:00 | Siyasət

Məlum olduğu kimi Milli Şuranın sədri Cəmil Həsənlinin İntiqam Əliyevin hüquqlarının müdafiəsi ilə əlaqədar təşkil olunan tədbirdə iştirak etməməsi müxalifət partiyaları tərəfindən narazılıqla qarşılanıb.


Partiyalar hesab edir ki, C.Həsənli həmin tədbirdə iştirak etməməsi çox ciddi mətləblərdən xəbər verir. Məsələ ilə bağlı Milli Şura sədrinin heç bir açıqlama verməməsi isə şayiələrin sayını artırır.

Məsələ burasındadır ki, Milli Şura üzvlərinin özləri də Həsənlinin bu addımının səbəbini ya bilmirlər, ya da bu barədə düzgün məlumat vermək istəmirlər. Hətta Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev də sədrinin niyə belə addım atması barədə məlumata malik deyil.

Belə olmasaydı, AzNews.az-a açıqlamasında C.Həsənlinin həmin tədbirdən kənarda qalmasının əsl səbəbini bilmədiyini deməzdi: "Cəmil Həsənlinin İntiqam Əliyevin həbsi ilə bağlı keçirilən tədbirdə iştirak etməməsinin səbəblərilə bağlı konkret heç nə deyə bilmərəm. Ola bilsin ki, işi çıxıb, ya da şəhərdən kənarda olub. Milli Şura siyasi məhbusların hüquqları ilə bağlı daima ardıcıl fəaliyyətini davam etdirir. Bir də ki, Milli Şuranın digər üzvləri həmin tədbirdə iştirak edirdi. İntiqam müəllim dəyərli dostdur. Milli Şura İntiqam müəllimin hüquqlarının müdafiəsi ilə bağlı bəyanat verib".

O.Güləliyev C.Həsənlinin Müsavata görə tədbirə qatılmaması barədə yayılan fikirlərə də münasibət bildirib: "Bu söhbətlərin doğruluğuna inanmıram. Hesab etmirəm ki, Cəmil müəllimin orada iştirak etməməsi tədbirin təşkilatçısı olan Müsavat partiyasına görədir. Milli Şura ilə Müsavat Partiyası arasında elə bir dərin uçurum yoxdur".

Bahar Rüstəmli
AzNews.az
Bağla X