“İraqın sabiq vitse-prezidenti ölkəmizdə nə qədər istəsə qala bilər” “İraqın sabiq vitse-prezidenti ölkəmizdə nə qədər istəsə qala bilər”

Ərdoğandan Haşimiyə yaşıl işıq

“İraqın sabiq vitse-prezidenti ölkəmizdə nə qədər istəsə qala bilər”



Barəsində İraq məhkəməsi tərəfindən ölüm hökmü çıxarılmış vitse-prezident Tariq Əl-Haşiminin İraqa ekstradisiyası ilə bağlı baş nazir Rəcəp Tayyib Ərdoğan açıqlama verib.

AzNews.az-ın hurriyetdailynews.com saytına istinadən verdiyi xəbərə görə, Ərdoğan "biz onu ürəyi istədiyi qədər ölkəmizdə qonaq edə bilərik" deyib.

Xatırladaq ki, məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilmiş Sünni vitse-prezident Haşəmi demişdi ki, bu, sırf siyasi qərardır. O, əsl ədalət önünə çıxmaqdan çəkinmir.

Sadiq
AzNews.az