Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal baş verib. Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal baş verib.

İsa Qəmbər müşavirini qovdu- Müsavatda qarşıdurma

Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal baş verib.


AzNews.az-ın məlumatına görə, iclasda Müsavat başqanının müşaviri Hüseyn Məlikin fəaliyyəti müzakirə mövzusu olub.
İclasda çıxış edən bəzi funksionerlər H. Məliki partiyanın nüfuzuna xələl gətirməkdə və qurumun qərarlarının əleyhinə addım atmaqda ittiham ediblər. Yığıncaqda H. Məlikin partiyanın müşaviri kimi fəaliyyəti mənfi dəyərləndirilərək, onun bu postdan çıxarılmasına dair xüsusi qərar verilib.

Partiya başqanı İsa Qəmbər H. Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini partiyanın müzakirəsinə verib.
İclasda bəzi funksionerlər isə H. Məlikin partiyadan çmıxarılmasını təklif ediblər. Lakin bu təklif hələ ki, qəbul olunmayıb.

Onu da qeyd edək ki, H. Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi olub.

AzNews.az-ın əməkdaşının suallarını cavablandırmayan Hüseyn Məlik isə "Facebook"dakı səhifəsində özü ilə bağlı partiyada yaranmış gərginliyi belə şərh edib: "2003-ildən hal-hazıra qədər Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram".



Bahar Rüstəmli
AzNews.az