13:26
(077) 610-22-33

"Bu müxalifətlə hara qədər getmək olar ki?” - Vidadi Mirkamal

  • >
1 730 13 Avqust 2014 10:10 | Siyasət

“Məni heç kim İntiqam Əliyevlə bağlı hansısa tədbirə dəvət etməyib.

Təəssüf ki, müxalifət partiyaları hüquq müdafiəçilərinin həbsi ilə baglı səyləri birləşdirməkdənsə, yenə də intriqalarını bu prosesə daşıyırlar. Belə müxalifətlə hara qədər getmək olar ki?"


Bunu AzNews.az-a açıqlmasında Milli Şuranın Hüqüq Komissiyasının sədri Vidadi Mirkamal deyib.

O bildirib ki, müxalifət liderlərinin belə tədbirlərə qarşı açıq biganəliyinin zərbəsi sonda mübarizə aparmaq əzmində olan səmimi müxalifətçilərə dəyir:
"Belə şeylər xalqı mübarizə əzmindən çəkindirir və müxalifətə olan inamı sarsıdır. İntiqam bəy hüquq müdafiə sahəsində indiyədək əlində olan bütün vasitələrlə haqqı pozulanları müdafiə edib. Bu şəxslərin hansı partiyanın üzvü olmasına əhəmiyyət verməyib".

O əlavə edib ki, həbsdə olan hüquq müdafiəçilərinin haqlarının qorunması məqsədilə Müstəqil Hüquqşünasların Müdafiə Komitəsinin yaradılması təklifi ilə çıxış edəcək: "Məqsədəuyğun hesab edən siyasətçilər və müxalifət partiyaları da bizə qoşula bilərlər. Bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında həmin məsələni qaldıracağam. Fikrimcə, hüquq müdafiəçilərinin haqlarının qorunması prosesində müxalifətin dəstəyinə ehtiyac da yoxdur".

Xatırladaq ki, həbsdə olan vəkil İntiqam Əliyevin hüquqlarının qorunmasına həsr olunan tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və onlara yaxın hüquq müdafiəçilərinin dəvət olunmalarına baxmayaraq, iştirak etmədikləri iddia olunur.

Tədbirdən sonra isə qarşılıqlı ittihamlar səsləndirilib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X