Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş prezident kimi səfər edəcəyi ölkələrin adını açıqlayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş prezident kimi səfər edəcəyi ölkələrin adını açıqlayıb.

Ərdoğan prezident kimi ilk səfərini Azərbaycana edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş prezident kimi səfər edəcəyi ölkələrin adını açıqlayıb.

AzNews.az-ın sabah.com.tr saytına istinadən verdiyi məlumata görə, bu barədə R.T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

O bildirib ki, prezident səlahiyyətlərinə başlayandan sonra ilk rəsmi səfərini Azərbaycan və Şimali Kipr Türk Respublikasına edəcək.

Xatırladaq ki, 5 gün əvvəl keçirilən seçkilərdə baş nazir, AKP sədri Ərdoğan Türkiyənin 12-ci prezidenti seçilib.

Əhməd
AzNews.az