17:39
(077) 610-22-33

BMT ekspertləri Azərbaycana gəlir

  • >
611 15 Avqust 2014 08:48 | Siyasət

Azərbaycanda biznes fəaliyyətin insan hüquqlarına olan təsirini qiymətləndirmək üçün BMT-nin müstəqil ekspertlərindən ibarət qrupu avqust 18-27-də ölkəyə ilk rəsmi səfərini edəcək.



BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən AzNews.az-a verilən məlumata görə, səfər müddətində ekspertlər Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərinin həyata keçirilməsi istiqamətində cari təşəbbüslər, imkanlar və çağırışları nəzərdən keçirəcəklər.

Avqust 27-də BMT-nin Azərbaycandakı Nümayəndəliyində keçiriləcək mətbuat konfransında İşçi Qrup səfərin ilkin müşahidələrini media nümayəndələri ilə bölüşəcək.

Ekspertlərin səfəri Azərbaycan hökümətinin dəvəti əsasında həyata keçirilir. Qrup həmçinin ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə də səfər edəcək.

Əhməd
AzNews.az
Bağla X