14:14
(077) 610-22-33

Macar baş nazirdən Səfərov etirafı

  • >
763 12 Sentyabr 2012 09:11 | Siyasət

Viktor Orban zabitimizin əfv olunacağını bilirmiş



Macarıstanın baş naziri Viktor Orban partiyasının qapalı görüşündə, etiraf edib ki, o, Səfərovun ekstradisiya edilməsi ilə bağlı göstəriş verərkən, onun tez və ya gec azad olunacağını bilirdi.

AzNews.az-ın macar xəbər portalı origo.hu – ya istinadən verdiyi xəbərə görə, Orban Səfərovun dərhal azad edilə biləcəyini ağlına belə gətirməyib. Macar nazir hesab edib ki, Səfərov ən tez 1 aydan sonra səhhəti əsas gətirilərək azad edilə bilər.

Onun eyni zamanda ekstradisiya qərarı verməzdən əvvəl partyadaşlarına bu çox riskli addımdır. Hücumlar ola bilər dediyi də gələn xəbərlər arasındadır.

Sadiq
AzNews.az


Bağla X