Vidadi Rzaquliyevə “Əməkdar mühəndis“ fəxri adı verildi

Prezident İlham Əliyev Vidadi Rzaquliyevə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Vidadi Əsgər oğlu Rzaquliyevə "Əməkdar mühəndis" fəxri adı verilib.

AzNews.az