19:55
(077) 610-22-33

DİN Nigar Yaqublunun həbsini qanuni saydı

  • >
532 12 Sentyabr 2012 09:47 | Siyasət

Orxan Mansurzadə: “Əlavə məlumat verə bilmərəm”



"Həbs edilən şəxsin həbs müddətinin artırılıb-artırılmayacağı istintaqdan sonra bəlli olacaq". Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbəs rəisi Orxan Mansurzadə müsavatçı Nigar Yaqublunun həbsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı mətbuat xidmətinin yaydığı məlumatda nə varsa, odur. Çünki bu, istintaq məsələsidir: "Rəsmi açıqlama o formada verilir və ona hər hansı əlavəmiz yoxdur. Adı çəkilən şəxsə 2 ay həbs cəzası verilib. Onun həbs müddətinin atırılıb-artırılmayacağı istintaqdan sonra bəlli olacaq. Əlavə məlumatların istintaqdan əvvəl DİN mətbuat xidmətindən məlumat verilməsi düzgün deyil. İstintaq zəruri bildiyi halda, açıqlama verə bilər. Bu da onların özündən asılıdır".

Xatırladaq ki, dünən Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun qızı həbs olunub. Araşdırma zamanı Nigar Yaqublu qeyri-səmimilik göstərərək avtomobilin mərhum Aydın Acalov tərəfindən idarə edildiyini bildirib. Lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri, şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və toplanmış digər sübutlarla avtomobilin sürücülük hüququ olmayan N.Yaqublu tərəfindən idarə olunduğu və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyi müəyyən edilib. Abşeron rayon məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.

İlkin
AzNews.az
Bağla X