Milli Şuradan Arif və Leyla Yunusların müdafiəsi ilə bağlı açıqlama

ABŞ-da yaşayan Ramis Yunus qardaşı Arif Yunusun və onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun hüquqlarının müdafiə komitəsinin rəhbərliyini ailə adından Milli Şuranın sədri Cəmil Həsənliyə həvalə edildiyi haqda açıqlama verib.

Məsələ ilə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənlinin mövqeyini öyrənmək mümkün olmasa da, qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev AzNews.az-a açıqlamasında bildirib ki, əslində, Cəmil Həsənli ilk gündən istər Leyla Yunus, istərsə də Arif Yunusun hüqülarının müdafiəsi istiqamətində öndə olub.

Onu da xatırladaq ki, hüqüq müdafiəçilərinin həbsi ilə əlaqədar Klassik Xalq Cəbhəsi Partiyasında keçirilən yığıncaqda C. Həsənlinin qatılmaması siyasi mühitdə çalxalanma yaratmışdı. Bundan sonra Arif və Leyla Yunusların hüquqlarının müdafiə komitəsinin adıçəkilən şəxslər tərəfindən C. Həsənliyə həvalə olunması marağa səbəb olub.


İlkin PİRƏLİ
AzNews.az