Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Astarxana gedib

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti bu gün Astarxanda Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən bir sıta təntənəli mərasimlərdə iştirak edəcək.

Bu barədə SalamNews-a Astarxan vilayəti qubernatorunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyəti bu gün "Xalqların dostluq körpüsü"nün açılışında, müqəddəs knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimində iştirak edəcək.

Ümumiyyətlə, Azərbaycan ilə Astarxan vilaytəi arasında çox sıx münasibətlər mövcuddur. Son il yarım ərzində Azərbaycan tərəfindən Astarxana üç rıəsmi nümayəndə heyətinin səfəri olub və bu, münasibətlərin bariz nümunəsidir. Bundan əlavə, 2010-cu ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə Astarxanda ümumimilli lider Heydər Əliyevin abidəsi ucaldılıb və Bakinskiy küçəsində yerləşən Heydər Əliyevin adını daşıyan 11 saylı ümumtəhsil məktəbinin binası yenidən bərpa olunub. Azərbaycan nümayəndə heyəti Astarxan vilayətinə səfəri çərçivəsində qubernator tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi, bu istiqamətdə yeni layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

AzNews.az