00:30
(077) 610-22-33

“Nüfuzlu şəxslər Müsavatdan istefa verdi” - Tural Abbaslı

  • >
2 887 18 Avqust 2014 11:04 | Siyasət

“Müsavat Partiyasında heç kimin şəxsiyyətinə pərəstiş yoxdur. Kimliyindən asılı olaraq bu, belədir”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib.

O bildirib ki, Müsavatda insanlar ideologiya ətrafında toplaşıb: "Başqanın kimliyindən asılı olmayaraq, Müsavatı heç nəyə dəyişmərəm. Qurultaydan əvvəl və sonra inciklilkər ola bilər və bu da normaldır. Əvvəlki illərdə Müsavatdan nüfuzlu şəxslər istefa verdi. Amma əqidəsi Müsavat olan üzvlərin heç biri partiyadan ayrılıb, onları dəstəkləmədi".

T. Abbaslının sözlərinə görə, bu gün partiyada qurultayla bağlı təşkilat komitəsinin iclası keçiriləcək: "Bu gün bir sıra zəruri qərarlar veriləcək. Partiya başqanlığına keçiriləcək seçkidə namizədliyimi irəli sürəcəyimi artıq elan etmişəm. Qərarımı da dəyişmək fikrim yoxdur".

Bahar Rüstəmli
AzNews.az
Bağla X