20:34
(077) 610-22-33

Müsavat Partiyası İcra Hakimiyyətinə müraciət edəcək

  • >
525 18 Avqust 2014 18:24 | Siyasət

Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib.

Musavat.com-un məlumatına görə, iclasda qurultaya təşkilati-texniki hazırlıqla bağlı məsələlər müzakirə olunub, görüləcək işlər barədə tapşırıqlar verilib.

İclasda yaxın müddət ərzində qurultayın keçirilməsi üçün yer ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunması barədə qərar qəbul olunub.

Xatırladaq ki, partiya qurultayını sentyabrın 27-nə təyin edib.

AzNews.az
Bağla X