09:37
(077) 610-22-33

Mirmahmud Mirəlioğlu: “Müdafiə komitələrinin biri digərinə mane olmayacaq”

  • >
538 19 Avqust 2014 08:50 | Siyasət

“Siyasi partiyaların dəyirmi masa formatlı birləşmiş Hüquq Müdafiə Mərkəzi var.

Bunların biri digərinə mane olmur, biri digərinə alternativ deyil. Əslində biri digərini tamamlayır".


Bunu Modern.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Məsələ ilə bağlı geniş danışmaq istəməyən KXCP sədrinin sözlərinə görə, müdafiə komitəsi daha geniş şəkildə bütün işlərə dəstək verən siyasi partiyaları bir yerə toplayacaq. Qeyd edək ki, avqustun 18-də Ziyalılar Birliyinin qərargahında müxalifət liderləri, partiya sədrləri həbs olunan hüquq müdafiəçilərinin müdafiə komitəsinin toplantısı keçirilib. Komitənin həmsədrləri professor Cəmil Həsənli və hüquqşünas Vidadi Mirkamal seçiliblər.

Bundan əvvəl isə KXCP qərargahında həbs edilən hüquq müdafiəçiləri və digər ictimai faəlların müdafiəsi məqsədi ilə Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradılmışdı. Mərkəzin sədri KXCP lideri M. Mirəliğoğludur.

AzNews.az
Bağla X