12:14
(077) 610-22-33

Türkiyədə Qarabağ parkı açılacaq

  • >
444 19 Avqust 2014 12:01 | Siyasət

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, Bolunin Fəxri Vətəndaşı Qənirə Paşayeva Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz ilə görüşüb.



AzNews.az xəbər verir ki, Azərbaycanla Türkiyə arasında, ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin,Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycanla Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.

Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Bolu vilayətinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmış və bələdiyyə başçısının rəhbərliyi altında nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana səfəri zamanı onların bir hissəsini yerində gördüklərini xüsusi vurğulayıb.

Boluya səfərlərini və Boluda təşkil edilən Koroğlu festivallarında, simpoziumlarında, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB ilə Bolunun müxtəlif qurumlarrının birgə təşkil etdiyi Qarabağ konfransları, Xocalı Soyqırımızı anma tədbirlərini, "Qarabağdan Anadaloya Könül Körpüsü, Bir millət iki dövlət, Azərbaycan-Türkiyə qardaşlıq gecələrini"ndə iştirakını xatırladan millət vəkili Boluda Qarabağ adını daşıyan bir parkının salınmasının və ya parklardan birinə Qarabağ adının verilməsinin önəmini bir daha vurğulayıb və Bolunun Fəxri Vətəndaşı olaraq da bununla bağlı xahişini təkrarlayıb.

Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib və Bolu ilə Azərbaycan bögələrindən birini qardaşlaşdırmaq niyyətində olduqlarını xüsusi vurğulayıb.

O, yaxın zamanlarda Boluda Qarabağ parkının açılacağını və onun açılışında birgə iştirak etmək üçün Qənirə Paşayevanı da şəxsən dəvət edəcəyini deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaza Azərbaycanın qədim musiqi aləti saz hədiyyə edib. Qənirə Paşayeva Alaaddin Yılmaza Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar da təqdim edib.



AzNews.az
Bağla X