03:31
(077) 610-22-33

Millət vəkilindən Brayzaya sərt cavab

  • >
656 12 Sentyabr 2012 14:16 | Siyasət

"İstənilən halda onun dedikləri həqiqətə uyğun deyil" Bunu AzNews.az-a millət vəkili Aydın Mirzəzadə Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Azərbaycan haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Metyu Brayza amerikalı diplomatdır: "O, Azərbaycan generalı, Azərbaycan hökumətinin üzvü deyil. Ona görə də onun ölkəmizin resursları, hərbi, texniki və maliyyə imkanları barəsində məlumatı yoxdur. İki ölkənin bütün sahələr üzrə göstəricilərini yanaşı qoymaq kifayətdir ki, hansının üstün olduğu qənaətinə gələsən".

Millət vəkili qeyd edib ki, Metyu Brayza bir müddət əvvəl Ermənistan tərəfindən Azərbaycana meyillilikdə günahlandırılıb: "Bu imici bir qədər yumuşaltmaq üçün belə fikir səsləndirib. İstənilən halda onun dedikləri reallığa uyğun deyil. Azərbaycan bütün parametrləri üzrə Ermənistanı üstələyir. Biz hər iki variantda həm diplomatik, həm də hərbi yolla problemin həllinə çox yaxınıq".

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Royters xəbər agentliyinə Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. O deyib ki, Azərbaycan bu gün Dağlıq Qarabağı müharibə yolu ilə geri qaytarmaq iqtidarında deyil: "Mənə elə gəlir ki, erməniləri tutduqları yüksəkliklərdən vurub çıxara bilməyəcəklər. Fikirləşirəm ki, bu çox çətin məsələdir".

İlkin
AzNews.az
Bağla X