"Ümid edirik ki, Azərbaycan mentalitetinə uyğun mövqe sərgiləyəcəksiniz" "Ümid edirik ki, Azərbaycan mentalitetinə uyğun mövqe sərgiləyəcəksiniz"

Müsavatçı xanımlar İlham Əliyevə müraciət etdilər

"Ümid edirik ki, Azərbaycan mentalitetinə uyğun mövqe sərgiləyəcəksiniz"



Müsavat Partiyasının ziyalı xanımları ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müraciətdə bildirilri ki, avqustun 25-də partiyanın Məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasında Nigar Yaqublunun şübhəli şəxs qismində Abşeron rayon məhkəməsinin qərarı ilə saxlanılaraq haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan humanist və mənəvi dəyərlərini əsas tutaraq Sizdən xahiş edirik: "Nigar Yaqublunun gənc fəal olmağını, ictimai təhlükə yaratmadığını, daimi yaşayış yerinin bəlli olduğunu, ilk dəfə belə bir hadisədə adı hallandığını və hadisədən doğan psixoloji vəziyyətini nəzərə alaraq, onu istintaq müddətinin barəsində çıxarılmış iki aylıq həbs qətimkan tədbirinin ləğv olunmasını təmin edəsiniz. Təminat veririk ki, istintaq müddətində Nigar Yaqublu ölkədən çıxmayacaq, istintaqın bütün çağırışlarında iştirak edəcək. Ümid edirik ki, Azərbaycan mentalitetinə uyğun mövqe sərgiləyəcəksiniz".

İlkin
AzNews.az