“Mən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında iştirak etməmişəm”. “Mən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında iştirak etməmişəm”.

Hüseyn Məlik barəsində yayılan məlumatı təkzib edir

“Mən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında iştirak etməmişəm”.


Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü, sabiq başqan müşaviri Hüseyn Məlik deyib. O bildirib ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü də deyil: "Mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü də deyiləm. Əgər üzvü deyiləmsə onun iclaslarında iştirak etmək səlahiyyətim də yoxdur. Mən xeyli vaxt bundan əvvəl "Azadlıq" qəzetinə müsahibə verdim. Həmin müsahibədə bildirmişəm ki, Qudad İbadoğlunun namizədliyini dəstəkləyəcəm. Görünür, APA bu məlumat da oradan götürülüb".

Partiyadan istefa vermək məsələsinə gəlincə, H.Məlik bildirib ki, buna yeni başqan seçimindən sonra qərar verəcək.

Qeyd edək ki, APA H.Məlikin Müsavat başqanlığına kimin namizədliyini dəstəklədiyini açıqladığı barədə məlumat yayıb: "Mənim mövqeyim aydındır. Hələ, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında olarkən demişdim ki, seçkilərdə Qubad İbadoğlunun namizədliyini dəstəkləyəcəyəm".

Bahar Rüstəmli
AzNews.az