“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanla Amerika arasında son dövrlər müşahidə olunan siyasi münasibətlər haqda analitik məqalə hazırlayıb. “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanla Amerika arasında son dövrlər müşahidə olunan siyasi münasibətlər haqda analitik məqalə hazırlayıb.

Vaşinqton Azərbaycanı özündən uzaqlaşdırır- Analiz

“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanla Amerika arasında son dövrlər müşahidə olunan siyasi münasibətlər haqda analitik məqalə hazırlayıb.



AzNews.az həmin məqaləni təqdim edir:
Azərbaycanın bir müddət əvvəl ABŞ-ın Əfqanıstandan çıxardığı "Cougar" və HMMWV tipli hərbi nəqliyyat vasitələrinin alınması ilə bağlı müraciətinə ABŞ mənfi cavab verdi. Rədd cavabı rəsmi Bakı üçün gözlənilməz idi. Çünki adıçəkilən nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılan sülhməramlı briqadasının inventarına daxil ediləcəyi gözlənilirdi. Vaqşinton söz vermişdi ki, Əfqanıstandan çıxardığı hərbi texnikanın böyük qismini satışa çıxaracaq və satış zamanı sülhyaratma əməliyyatlarında aktiv iştirak edən dövlətlərə önəm veriləcək. Ancaq Vaşinqton bu silahları Azərbaycana satmaqdan imtina etdi və bunu belə əsaslandırdı ki, münaqişəli ölkələrə silah sata bilməz.

Vaşinqtonun bu izahı rəsmi Bakını qane edə bilməzdi. Çünki, Gürcüstan da münaqişə ilə üzləşən ölkədir. Buna baxmayaraq, Pentaqon Gürcüstana 10-dan artıq "Cougar" və 100-ə yaxın HMMWV tipli maşın bağışlayıb.

Rəsmi Bakı vaxtilə Vaşinqtonun istəyi ilə Əfqanıstana sülhməramlı qüvvələrini göndərmişdi. Digər tərəfdən Azərbaycan Əfqanıstanın yenidənqurulması üçün bu ölkəyə milyonlarla dollar tranş ayırır, Əfqanıstanın məmurlarına Bakıda kurslar təşkil edir ki, bu addımlar da Vaşnqtonun maraqlarına uyğundur. Və ən vacibi ABŞ Əfqanıstandan hərbi texnikanı çıxararkən Azərbaycanın hava sahəsindən istifadə edəcək. Bütün bunların qarşılığında Vaşinqtonun Əfqanıstandan çıxardığı texnikanın bir hissəsini Azərbaycana satmaq istəməməsi Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edə bilər.

ABŞ-ın bir müddət öncə atdığı bir başqa addım da Azərbaycan hakimiyyətində və ictimaiyyətində suallar yaradıb. ABŞ Dövlət Departameni Azərbaycanın Tovuz rayonunda yaxalanan və sonra vəfat edən erməni diversantla bağlı açıqlama verdi, ölüm hadisəsini pislədi. Halbuki, bu hadisədən əvvən Ermənistan hərbçiləri Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda 2 azərbaycanlını həbs etmiş, birini isə öldürmüşdülər. Bu hadisəyə görə, nə Dövlət Departamenti, nə də ki, Minsk Qrupu açıqlama verdi.

Vaşinqton bu addımları ilə Azərbaycanı özündən uzaqlaşdırır və Azərbaycan cəmiyyətində öz imicinə zərbə vurur. Vaşinqton Azərbaycanın Rusiyanın hərbi müttəfiqi olmasını, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsində, Gömrük İttifaqında və ya Avrasiya İqtisadi Birliyində yer almasını istəmir. Vaşinqton bunun əvəzinə Azərbaycanın Avropa Birliyi və NATO ilə sıx əməkdaşlığında maraqlıdır. Ancaq Vaşinqton bunu istəyərkən, Azərbaycanla Gürcüstan arasında fərq qoyması, erməni lobbisinin maraqlarıya hesablaşması Azərbaycanda mənfi qarşılanır və Rusiyanın Cənubi Qafqazda imkanlarını artırır.

ABŞ-dan vəd edilən silahları ala biməyən rəsmi Bakı ümidini Fransaya bağlayıb. Azərbaycan hazırda Rusiya, Ukrayna, Belarus, İsrail və Türkiyə kimi ölkələrdən silahlar alır. Ancaq bu Bakıya kifayət etmir və Azərbaycan hakimiyyəti hərbi əməkdaşlığın çoğrafiyasını genişləndirməyə çalışır. Bu sırada rəsmi Bakının əsas hədəfi Fransadır.

Fransanın özü də siyasi və iqtisadi əlaqələrlə yanaşı Azərbaycanla hərbi və müdafiə sənayesi sektorundakı əməkdaşlığa maraq göstərir. Fransanın müdafiə sektorunda fəaliyyət göstərən bir sıra şirkətlər 2014-cü ildə Bakıya səfər edərək Azərbaycanın hərbi qurumları üçün təqdimatlar keçirib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə Fransaya səfəri zamanı bu ölkədə fəaliyyət göstərən müdafiə şirkətlərinin müəssisələrinə baş çəkib və əməkdaşlıq məsələlərini müzakirə edib. Bu əməkdaşlığın davamı kimi sentyabrın 11-13-də Bakıda keçirilən müdafiə sərgisinə Fransanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən 15-ə yaxın şirkət təmsil olunacaq.
Rəsmi Bakı Parisə hərbi əməkdaşlıqla bağlı öz təkliflərini verib. Azərbaycan hakimiyyəti Fransadan dəyəri milyardlarla dollar olan müasir hərbi texnika və hərbi təyyarələr almağa hazırdır. İqtisadi böhrana son qoymayan Fransanın əlavə maliyyəyə ehtiyacı var, ancaq Parisin asanlıqla Azərbaycan hərbu əməkdaşlığa hazır olduğunu söyləmək də problematikdir. Çünki Paris Bakıya silah satarsa, bu birincisi, NATO-nun münaqişədə olan ölkələrə silah satılması ilə bağlı qeyri-rəsmi embarqonun ortadan qaldırılması demək olacaq, ikincisi isə bu addım Fransadakı erməni lobbisinin xoşuna gəlməcəyəcək.

Ona görə Paris seçim qarşıdındadır: Ya Azərbaycanla hərbi əməkdaşlığa başlamaqla milyardlarla dollar gəlir əldə etmək və Cənubi Qafqazda möhkəmlənmək, ya da erməni lobbisindən çəkinərək, Azərbaycana silah satmamamaq...

AzNews.az