Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin gələn il keçirilməsi planlaşdırılan görüşünün bəzi detalları məlum olub. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin gələn il keçirilməsi planlaşdırılan görüşünün bəzi detalları məlum olub.

İlham Əliyevlə Putinin görüşünün bəzi detalları məlum oldu

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin gələn il keçirilməsi planlaşdırılan görüşünün bəzi detalları məlum olub.


Anspress-in məlumatına görə, İtar-Tass agentliyi xəbər verir ki, prezidentlərin Yekaterinburq şəhərində keçiriləcək görüşündə Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə ediləcək.

Bundan başqa prezidentlərin görüşündə regional məsələlərin də müzakirə ediləcəyi bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya hökuməti 2015-ci ilin payızında Rusiya-Azərbaycan forumunun keçirilməsi ilə bağlı qərarı təsdiqləyib. Yekaterinburq şəhərində keçiriləcək Rusiya-Azərbaycan forumunda prezident İlham Əliyev və Vladimir Putinin iştirak edəcək.

Görüşdə prezidentlərin təkbətək görüşü gözlənilir.

AzNews.az