02:06
(077) 610-22-33

Müsavatdan Hacıbala Abutalıbova daha bir - Müraciət

  • >
1 153 29 Avqust 2014 10:30 | Siyasət

Bu gün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edəcək.

Bu barədə məlumatı AzNews.az-a partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

O deyib ki, müraciət Müsavat Partiyasının qurultayına yer ayrılması məqsədilə müraciət ediləcək: "Partiya sentyabrın 27-də qurultay keçirmək qərarını verib. Qurultayın keçirilməsinə yerin ayrılması üçün üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə dəfə məktubla müraciət edilib. İcra Hakimiyyətindən bizə göndərilən son cavabında partiyaya şadlıq evlərinin biri ilə razılıq əldə ediləcəyi təqdirdə həmin yerlərdə qurultayın keçirilməsinə şərait yaradılacağı bildirilib. Artıq Təşkilat Komitəsi bunu əsas götürərək, müəyyən yerlərlə danışıqlar aparır".

A.Hacılı deyib ki, yekunda hər hansısa bir məkanla razılıq əldə olunacağına inanır: "Ümid edirik ki, gələn həftəyə kimi bu problemin həlli istiqamətində müsbət dəyişikliklər olacaq. Müvaffiq yer rəhbərləri ilə razılıq əldə ediləcək. Buna görə, partiya bu gün ya da gələn həftə Bakı Şəhər İcra Hakimiyyətinə müvaffiq yerin ayrılması üçün yenidən müraciət edəcək".

Amid
AzNews.az
Bağla X