Müsavat Partiyasının qurultayında iştirak üçün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri də dəvət oluna bilər. Müsavat Partiyasının qurultayında iştirak üçün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri də dəvət oluna bilər.

Müsavatın qurultayına YAP da dəvət ediləcək - Açıqlama

Müsavat Partiyasının qurultayında iştirak üçün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri də dəvət oluna bilər.


Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a bildirib ki, təmsil etdiyi təşkilatın gələn ayın 27-də nəzərdə tutulan qurultayına Azərbaycanda olan bütün siyasi partiyaları dəvət etmək niyyəti var: "Eyni zamanda qurultaya xarici ölkələrin Müsavat Partiyası ilə müttəfiq olan siyasi partiyaları və təşkilatları da dəvət etmək niyyətindəyik".

A.Hacılı vurğulayıb ki, YAP nümayəndələrinin Partiyanın qurultayına dəvət olunması da müzakirə mövzusudur: "Hələlik Qurultaya dəvət edəcəyimiz siyasi partiyaların adlarını açıqlamaq istəməzdim".

Amid
AzNews.az