“Mirmahmud Mirəlioğlu gör kimlərin ümidinə qalıb” “Mirmahmud Mirəlioğlu gör kimlərin ümidinə qalıb”

Qaya Əliyev İsa Qəmbərin yolu ilə getdi

“Mirmahmud Mirəlioğlu gör kimlərin ümidinə qalıb”



Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin üzvü Elman Türkoğlu mətbuata açıqlamasında partiya sədrinin müavinləri Fikrət Cəfərov və Qaya Əliyevi xəyanətkarlıqda ittiham edib.

O bildirib ki, müavinlər KXCP ilə AXCP-nin birləşmə təklifini aranı qarışdırmaq üçün ortaya atıblar: "Qaya Əliyevi partiyaya Fikrət Cəfərov gətirib. Partiyaya gətirdiyi adamı da öyrədir ki, aranı qarışdırsın. Həmin müavinlər 7 aydır ki, partiyanın iclaslarında iştirak etmirlər. Məsuliyyətsiz adamların birləşmə təklifini ortaya atmaları gülüncdür. Bunlar KXCP-yə xəyanət yolunu tutublar. Hazırda onlar partiyanın sədr müavini deyillər".

AzNews.az olaraq, Qaya Əliyevlə əlaqə saxladıq. Sədr müavini Elman Türkoğluna belə cavab verdi: "Mövlanənin bir şeiri var. Deyir:

"Susmağın əsalətimdəndir,
Yoxsa hər sözə veriləcək bir cavabım var
Adama baxaram adammı deyə,
Bir də sözə baxaram sözmü deyə.

Mən də Mövlanənin bu tövsiyəsinə əməl edib, deyilənləri ciddi hesab etmirəm. Amma çox təəssüflənirəm ki, görün, Mirmahmud Mirəlioğlu kimlərin ümidinə qalıb".

Partiyanın digər müavini Fikrət Cəfərovla əlaqə saxladıq. Partiya funksioneri Elman Türkoğlunun adını eşidən kimi dəstəyi asdı.

Qeyd edək ki, Qaya Əliyevin istifadə etdiyi şer metodunu ötən parlament seçkilərində İsa Qəmbər Etibar Hüseynov üçün işlətmişdi.

İlkin
AzNews.az