06:01
(077) 610-22-33

Arif Hacılı Qubad İbadoğlunun iradlarına – Cavab verdi

  • >
1 319 2 Sentyabr 2014 13:02 | Siyasət

“Mən Qubad İbadoğlunun öz seçki kampaniyasına mənim istefamı tələb etməklə başlamasına görə təəssüf edirəm”.


AzNews.az-a xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya müsahibəsində Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A.Hacılı bunu real vəziyyətə uyğun olmayan təklif kimi kimi dəyərləndirib: "Bu real vəziyyətə uyğun olmayan bir təklifdir. Müsavat Partiyasının təqribən 600 qurultay nümayəndəsi var. Onlar kifayət qədər siyasi səviyyəyə yetkin düşüncəyə malik insanlardır. Arif Hacılının bu həftələr ərzində İcra Aparatının rəhbəri olub-olmaması onların seçiminə təsir göstərə bilməz. Bu adamlar əgər belə məsələlərin təsirinə düşsəydilər, indiyə kimi hakimiyyətlə durmadan mübarizə aparan, mərhumiyyətlər içində olan bir partiyada qalmazdılar".

A.Hacılı onu da bildirib ki, Müsavat Partiyası başqanlığına namizədliyini hələ irəli sürməyib: "Bundan əvvəlki açıqlamalarımda da demişəm ki, namizdəliyimi irəli sürsəm, bu məsələ ilə bağlı mövqeyimi açıqlayacam".

Qeyd edək ki, başqanlığa iddialı namizəd Qubad İbadoğlu AzNews.az –a açıqlamasında bildirmişdi ki, A.Hacılı namizədliyini irəli sürdüyü təqdirdə partiyanın icra aparatı rəhbərliyindən imtina etməlidir.

Bahar Rüstəmli
AzNews.az
Bağla X