14:09
(077) 610-22-33

Müdafiə naziri:“Putin Gürcüstanı işğal etməyə hazırlaşır”

  • >
1 495 13 Sentyabr 2012 14:37 | Siyasət

“Rusiya Binzin İvanişvilini hakimiyyətə gətirmək istəyir”



Estoniyanın Müdafiə naziri Urmas Reynsal yeni bəyanatla çıxış edib. O, Putini Gürcüstanı işğal etməyə hazırlaşmaqda ittiham edib.

AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Reysal Le Huffington Post- da çap edilən məqaləsində 2 əsas məqamı qeyd edib. İlk olaraq eston Müdafiə Naziri Rusiyanın cənub sərhədlərində sentyabrın 17-23 arası keçiriləcək " Qafqaz 2012" təlimlərini Gürcüstana qarşı hazırlanan hücum kimi dəyərləndirib və əlavə edib ki, 2008-ci il "Avqust" müharibəsindən öncə də Rusiya analoji təlimlər keçirmişdi.

Eston müdafiə naziri ikinci təhdid kimi gürcü əsilli, Rusiya ilə bağları olan milyonçu Bindzin İvanişvilini qeyd edib və bildirib ki, Rusiya oktyabrın 1-də keçiriləcək parlament seçkilərində onu dəstəkləyəcək. Onun qənaətinə görə, bu, ən azı parlamentdə yer almaq, uduzacağı təqdirdə isə etiraz aksiyaları təşkil edərək ölkəni qarışdırmaq deməkdir.

Reysal Rusiyanın anti-NATO mövqeyindən də narahatlığını ifadə etməkdən çəkinməyib. O bildirib ki, İvanişvilinin dəstəklədiyi "Gürcü arzusu" partiyası NATO əleyhinə mövqe nümayiş etdirir və Türkiyəyə qarşı çıxışlar edir. O, həmçinin bəzi gizli məqamları da üzə çıxarıb və bildirib ki, İvanişviliyə işləyən bəzi lobbi qurumları eyni zamanda həm Brusseli həm də Vaşinqtonu razı salmağa çalışırlar ki, Saakaşvili diktatura qurub və o, hakimiyyətdən getməlidir.

Sadiq
AzNews.az
Bağla X