Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi ilə görüşüb. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi ilə görüşüb.

VHP sədri səfirlə görüşdü

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi ilə görüşüb.



Partiyanın Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı siyasi, iqtisadi, dini və mənəvi əlaqələrin genişlənməsində siyasi partiyaların, ziyalıların, millət vəkillərinin və QHT-lərin rolundan danışılıb.

Sabir Rüstəmxanlı rəhbərlik etdiyi partiyanın, Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəaliyyəti və Azərbaycan diaspor təşkilatlarının gördüyü işlər, həmçinin İslam Konfransı Təşkilatının Parlament İttifaqındakı (İKT Pİ) fəaliyyəti barədə səfirə məlumat verib. VHP sədri həmçinin bölgədə müsəlman dünyasını narahat edən qanlı olayların qarşısının alınmasında bütün İslam ölkələrinin birgə səy gəstərməsinin vacibliyini vurğulayıb.

Səfir isə öz növbəsində son illərdə hər iki ölkə arasında siyasi, mədəni, xüsusilə iqtisadi əlaqələrin daha da genişləndiyini deyərək, bu sahədə böyük imkan və perspektivlərin olduğunu söyləyib.


AzNews.az