Azərbaycan XİN: "Azərbaycan üçün Ramil Səfərov məsələsi bağlanıb" Azərbaycan XİN: "Azərbaycan üçün Ramil Səfərov məsələsi bağlanıb"

Azərbaycandan Səfərov qətnaməsinə sərt mövqe

Azərbaycan XİN: "Azərbaycan üçün Ramil Səfərov məsələsi bağlanıb"


Avropa Parlamentinin Ramil Səfərovun işi üzrə qəbul etdiyi qətnamələr siyasiləşmiş addımdır. Bunu brifinqdə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib. "Azərbaycanın bu məsələdə atdığı addımlar bütün beynəlxalq konvensiyalara uyğundur.

Azərbaycan üçün Ramil Səfərov məsələsi bağlanıb", - Abdullayev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Avropa Parlamenti deputatlarını məsələnin kökünə baxmağa çağırır.

"Səfərov məsələsinin kökündə Dağlıq Qarabağ münaqişəsi dayanır və dünya ictimaiyyəti başa düşməlidir ki, bu münaqişənin həlli Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır", - Abdullayev deyib. O, qeyd edib ki, Ermənistan bütün imkanlardan istifadə edərək status-kvonu saxlamağa çalışır.

Qeyd edək ki, Avropa Parlamenti cümə axşamı Strasburqda plenar sessiyasında Səfərovun işi üzrə qətnamə qəbul edib. Qətnamədə Bakının Ramil Səfərovu əvt etməsinin təəssüf doğurduğu bildirilir.

Ədil
AzNews.az