“KXCP daxilinə hər hansı partiyanın müdaxiləsi yolverilməzdir” “KXCP daxilinə hər hansı partiyanın müdaxiləsi yolverilməzdir”

Gülağa Aslanlı: “KXCP-nin İctimai Palataya qoşulmasına heç bir əngəl yoxdur“

“KXCP daxilinə hər hansı partiyanın müdaxiləsi yolverilməzdir”



KXCP daxilində xeyli müddətdir sədr-müavin davası davam edir. Müavinlər partiyada Mirmahmud Mirəlioğlunun islahatlar aparmasını tələb edirlər. Partiya sədri isə bu barədə addım atmır. Mətbuatda yayılan informasiyaya görə, partiya arasında bu qarışıqlığı yaradan İctimai Palata daxilində əsas qüvvələrdən biridir. Məqsəd də partiyanın başını daxili işlərlə qatmaqdır.

Məsələ ilə bağlı İctimai Palatada olan əsas qüvvələrdən biri sayılan Müsavat partiyasının mövqeyini öyrəndik. Partiyanın başqa müavini Gülağa Aslanlı AzNews.az-a bildirdi ki, Müsavat partiyasının KXCP ilə münasibətlər normaldır: "Bizim KXCP daxilində hər hansı ziddiyətin yaranması kimi arzumuz yoxdur. Müsavat partiyası olaraq, ora müdaxilə, qarşıdurmanı gücləndirə bilən hansısa şərhin verilməsinin əleyhinəyik. Bu, partiyanın daxili işidir. Başqa partiyaların KXCP daxilinə müdaxiləsi yolverilməzdir. Hesab edirəm ki, demokratiyada çarə tükənməz, onlar öz daxilində olan məsələləri düzgün həll edib, Məhəmməd Əmin Rəsulzadə yoluna sadiq qaldıqlarını bir daha təsdiqləyəcəklər.

Başqan müavini əlavə edib ki, KXCP-nin bütöv partiya şəklində İctimai Palataya qoşulmasına heç bir əngəl yoxdur: "Buna onlar özləri qərar verməlidirlər. Qərar verərlərsə, İP-də fəaliyyətlərini davam etdirə bilərlər".

İlkin
AzNews.az