Zakir Həsənov beynəlxalq nümayəndə heyətini qəbul etdi

Bu gün "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkədə səfərdə olan Belarus müdafiə nazirinin silahlanma üzrə müavini general-mayor İqor Lotenkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzNews.az-ın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

AzNews.az