Ərdoğan diplomatlara qarşı olan hücumları qınadı

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Liviyada səfirin də daxil olduğu 4 səfirlik əməkdaşının ölümüylə nəticələnən insidenti qınayıb və bildirib ki, o, diplomatlara qarşı bu cür hücumların təşkil olunmasının əleyhinədir.

"Biz ABŞ-ın dərdinə şərikik. Bu cür terror aktları yaşayan və diplomatlarını itirən ölkə kimi ABŞ-ı daha yaxşı anlayırıq".

Eyni zamanda Türkiyə mətbuatında yer alan məlumatlara görə, baş nazir Ərdoğan ABŞ prezidenti Barak Obamaya baş sağlığı məktubu da göndərib.

Sadiq
AzNews.az