"Xarici ölkələrdən silah-sursat və hərbi texnika alınmasının mənfi cəhəti odur ki, alışlar zamanı texnologiya tam olaraq təqdim olunmur, əsas məqamlar satıcıların özündə qalır. "Xarici ölkələrdən silah-sursat və hərbi texnika alınmasının mənfi cəhəti odur ki, alışlar zamanı texnologiya tam olaraq təqdim olunmur, əsas məqamlar satıcıların özündə qalır.

Azərbaycana silah satışına embarqolar qoyulur- Nazir müavini

"Xarici ölkələrdən silah-sursat və hərbi texnika alınmasının mənfi cəhəti odur ki, alışlar zamanı texnologiya tam olaraq təqdim olunmur, əsas məqamlar satıcıların özündə qalır.

Heç kəsə gizli deyil ki, bu, bir tərəfdən asılılıq yaradır. Ona görə də biz elmi-tədqiqat işləri aparır, mütəxəssislər yetişdiririk ki, öz milli sənayemizin texnologiyasını yaradaq və sənayemizi texnologiyalarla mümkün qədər özümüz təmin edə bilək".

AzNews.az xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "ADEX 2014" I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Nazir müavini Dağlıq Qarabağ münaqişəsi əsas gətirilərək Azərbaycana silah satışına embarqolar qoyulduğunu qeyd edib: "Ona görə də biz müdafiə sənayemizi, bir sıra dövlətlərlə hərbi əməkdaşlıq sahəsində əlaqələr yaratdıq. Müdafiə sənayemizi qısa müddətdə yaratmaq üçün 30-dan çox dövlətlə əməkdaşlıq qurduq, müasir texnologiyalar əldə etdik. Bu, bir günün işi deyil. Nəticədə həmin dövlətlərlə uzunmüddətli əlaqələr qururuq".

Y.Musayev dövlətlər arasında hərbi-texniki əməkdaşlıq sahəsində komissiyaların yaradıldığını da açıqlayıb: "Türkiyə və digər dövlətlərlə belə komissiyalar yaratmışıq. Biz hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə çalışırıq, müdafiə sənayesi məhsullarının sərgilərinin keçirilməsində də məqsəd budur. "ADEX-2014" kimi sərgiləri isə ancaq inkişaf etmiş dövlətlər keçirir".


AzNews.az