20:22
(077) 610-22-33

Novruz Məmmədov İsveçin baş nazirinə “goodbye” dedi

  • >
1 952 15 Sentyabr 2014 12:42 | Siyasət

İsveçdəki partiya seçkilərinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünəməxsus tərzdə reaksiya verib.

AzNews.az xəbər verir ki, İsveçdə seçkilərin qalibi müxalifətdəki Sosial Demokrat Partiyası olduğundan Mühafizəkar Partiya sədri və Baş nazir Fredrik Reinfedt vəzifəsindən istefa verib.
Politoloqların fikrincə, İsveçdə hökumət dəyişikliyi Avropa siyasi arenasında kifayət qədər tanınan iki siyasətçinin də postundan getməsi ilə nəticələnəcək. Onlardan biri maliyyə naziri Anders Borq, digəri isə xarici işlər naziri Karl Bildtdir.

N.Məmmədov da özünün twitter səhifəsində ölkənin baş naziri Con Bildtə "əlvida" deyib. Prezidenti Administrasiyası rəhbərinin müavini "Goodbye, Mr. Carl Bildt, Goodbye!" deyərək twitt yazıb.

Xatırladaq ki, dünən də N.Məmmədov "Aftonbladet" qəzetinin İsveçin xarici işlər naziri Karl Bildti korrupsiyada və Saakaşvili hökumətinə lobbiçilikdə ittiham edən sensassion xəbərini "Biz Karl Bildtin keçmiş "xüsusi əlaqələri" və ambisiyaları barədə bilirdik. Buna görə də deyirdik, baxın görün kim bizim haqqımızda fikir formalaşdırır" şərhi ilə hesabında paylaşmışdı.

Qeyd edək ki, Karl Bildt Azərbaycan hökumətinin ünvanına dəfələrlə sərt bəyanatlar səsləndirib, ölkəni avtoritar rejimlə idarə etməkdə ittiham edib.



AzNews.az
Bağla X