İsrail dövləti bir neçə ölkəyə yeni səfir təyin edib. İsrail dövləti bir neçə ölkəyə yeni səfir təyin edib.

İsrail Azərbaycana yeni səfir göndərir

İsrail dövləti bir neçə ölkəyə yeni səfir təyin edib.


APA-nın "Haaretz" qəzetinə istinadən yaydığı xəbərə görə, bu ölkələrin arasında Azərbaycan da var. Belə ki, İsrailin Azərbaycandakı yeni səfiri vəzifəsinə Dan Stavın namizədliyi irəli sürülüb. Təyinat təsdiqlənsə, D. Stav bu vəzifədə Rafael Harpazı əvəzləyəcək.

İsrailin Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, Rafael Harpaz gələn il yay aylarının sonunadək Bakıda çalışacaq. İsraildə səfirlərin təyinatı prosesi uzun çəkdiyinə görə namizəd indidən irəli sürünüb.

Rumıniya, Bolqarıstan, Kipr, Belçika, İspaniya, İrlandiya, Slovakiya və İordaniyaya da yeni səfirlər təyin olunub.

AzNews.az