Neftçilər prospekti açıldı

Bakının Neftçilər prospektinin 1,3 km-lik hissəsi istifadəyə verilib. "Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata görə, Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan 1,3 km-lik hissəsi sürücülərin istifadəsinə verilib.

Bununlada Nefçilər prospekti hərəkətə tam olaraq açılıb. "Azəryolservis" ASC dən verilən məlumatda bildirilib ki, yola üç qat asfalt-beton örtük döşənib, komunikasiya xətlərinin dəyişdirilməsi ilə yanaşı, komunikasiya quyularının beton örtükləri və baxış qapaqları dəyişdirilib, xətləmə işləri başa çatıb.

AzNews.az