12:14
(077) 610-22-33

Fransa Ermənistana “yox” dedi

  • >
897 15 Sentyabr 2012 11:50 | Siyasət

«TopResa 2012» beynəlxalq sərgisində qondarma «DQR»in müstəqil iştirakı mümkün olmayıb



Fransanın paytaxtı Parisdə sentyabrın 18-də açılacaq "TopResa 2012" beynəlxalq sərgisində qondarma "DQR"in müstəqil iştirakı mümkün olmayıb. Buna görə də qondarma qurumun təmsilçiləri Ermənistan üçün ayrılan stenddə materiallarını yerləşdirəcəklər.

Sərgidə dünyanın 160 ölkəsindən turizm sahəsində fəaliyyət göstərən 27 min nümayəndənin iştirakı gözlənilir.

Erməni mətbuatının məlumatına görə, ilk dəfə olaraq qondarma "DQR" və Ermənistan beynəlxalq sərgidə birgə iştirak edəcək. Ermənistan nümayəndə heyətinin tədbirdə iştirakına Fransanın bu ölkədəki səfirliyi yardım göstərib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X