05:15
(077) 610-22-33

İsa Qəmbərin müavini Qubad İbadoğlunu seçdi - Açıqlama

  • >
2 918 22 Sentyabr 2014 10:49 | Siyasət

Müsavat partiyasının qurultayına, yeni başqanın seçiminə sayılı günlər qalıb. Müsavat funksionerləri yeni başqanın seçimi ilə bağlı fikirlərini səsləndirsələr də, sözügedən təşkilatın vəzifəli şəxslərindən xəbər yox idi.

AzNews.az məsələ ilə bağlı Müsavat partiyasının başqan müavini, divan üzvü Məryəm Oruclunun fikirlərini öyrənib. O, seçkidə Qubad İbadoğlunu dəstəkləyəcəyini bildirib: "Mən Qubad İbadoğlunu dəstəkləyirəm. Bu gün cəmiyyətdə Qubad İbadoğlu kimi müasir, savadlı adamlar və yüksək təşkilatçılıq səriştəsinə malik olan adamlar Müsavat partiyasının başqanı olmağa layiqdir. Amma o biri namizədlərə də iradım yoxdur. Onların da partiyada fəaliyyəti var".

Qeyd edək ki, Müsavat partiyası qurultayını sentyabrın 27-də keçirəcək.
Bu post uğrunda gedən mübarizədə 4 namizəd - Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy mübarizə aparır.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X