Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində bu gün Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüşüb. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində bu gün Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüşüb.

Elmar Məmmədyarov həmkarlarına Qarabağdan danışdı

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində bu gün Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüşüb.



Azərbaycan XİN mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, argentinalı nazir beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

Nazir Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Azərbaycan XİN rəhbəri Hektor Markos Timermanı ölkəmizə rəsmi səfərə dəvət edib və o, bu dəvəti məmnuniyyətlə qəbul edib.

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az