Türkiyə Prokurorluğu Özalın cəsədinin ekshumasiyasına hazırlaşır

Türkiyə Prokurorluğu 1993-cü ildə vəfat etmiş ölkə prezidenti Turqut Özalın cəsədinin ekshumasiyasının aparılması üçün lazımi proseduralara başlayıb. Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Prokurorluq Prezident Abdulla Gülün sərəncamı ilə ekshumasiya üçün sənədlər hazırlayır. Məlumat verilir ki, Özalın öz ailəsi hələlik ekshumasiyaya razılıq verməyib.

Son vaxtlar Türkiyə Prokurorluğu Özalın ölümü ilə bağlı işi yenidən araşdırmağa başlayıb. Turqut Özal 1993-cü ildə müəmmalı şəkildə vəfat edib. İndiyədək Özalın ölümünün rəsmi səbəbi ürək çatışmazlığı hesab edilir.

Özalın arvadı isə onun öldürüldüyünü iddia edir. Lakin keçmiş prezidentin zəhərlənməsinə dair versiya Özalın öz silahdaşları tərəfindən təkzib edilir.

Ədil
AzNews.az